logo

SOCAR ixtisaslı kadrlar hazırlamaq yolunda yeni addımlar atır

Views: 121

SOCAR özünün təlim mərkəzində kadrların peşə ixtisaslarının artırılması üçün beynəlxalq təşkilatdan 3 ixtisas üzrə sertifikatlar alıb.

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Qobustan regional təlim mərkəzi dünyanın tanınmış City & Guilds Group Kvalifikasiya qurumu (The City and Guilds of London Institute) tərəfindən akreditasiya edilmiş, eləcə də Mərkəzin tədris etdiyi 3 ixtisas – Avadanlıqlara texniki xidmət; Qaynaq-quraşdırma; Elektrik-elektronika beynəlxalq təşkilat tərəfindən tanınmışdır.

Sözü gedən 3 ixtisas üzrə maksimum tədris müddəti 10 aydır. Təlim mərkəzindəaparılan 10 aylıq tədrisdən sonrakı 2 ay ərzində ixtisaslı fəhlə kadrlarıqismində müdavimlər SOCAR-ın müəssisələrində istehsalat təcrübəsi keçirlər.

İstehsalat təcrübəsindən sonra həmin müdavimlər təlim mərkəzində təşkil olunan yekun imtahanda müvəffəqiyyət qazandıqda təlim prosesini uğurla başa çatdırmış hesab olunurlar.

TTSİ-nin işçi heyəti, təlim prosedurları, metodiki qaydaları, qiymətləndirmə sistemi, habelə Qobustan regional təlim mərkəzinin tədris fəaliyyəti haqqında məlumatlarvə göstəricilər City & Guilds Group Kvalifikasiya qurumunun ekspertləri tərəfindən araşdırıldıqdan sonra təqdim olunan sənədlərin uyğunluğu qurumun Keyfiyyət üzrəməsul rəhbəri tərəfindən təsdiq edilmişdir.

Həmçinin Qobustan regional təlim mərkəzində City & Guilds Group Kvalifikasiya qurumunun kənar auditoru tərəfindən sahəauditi başa çatdırıldıqdan sonra Qobustan regional təlim mərkəzi 3 ixtisası tədrisetmək üçün City & Guilds Group Kvalifikasiya qurumu tərəfindən akkreditasiya edilmişdir.

Bu SOCAR-ın regionda həyata keçirdiyi iri-miqyaslı layihələr çərçivəsində neft-qazistehsalat obyektlərində çalışan texniki heyətin peşə hazırlığını təkmilləşdirməsiistiqamətində növbəti uğurudur.


* 2005-ci ildən fəaliyyət göstərən Təlim, Tədris vəSertifikatlaşdırma İdarəsi 5 təlim mərkəzindən, qaynaq sexlərindən, fiziki vəmexaniki sınaq laboratoriyalarından ibarətdir. İdarənin mütəxəssisləri tərəfindəndəniz neftçilərinə beynəlxalq müqavilələr əsasında beynəlxalq standartlara vəbeynəlxalq dəniz konvensiyalarının tələblərinə uyğun təlimlər keçirilir. HəmçininSOCAR-ın strukturuna daxil olan müəssisələrdə standartların tətbiqi və onlara nəzarətTTSİ-nin fəaliyyət sferasına daxildir. İdarə fəaliyyətdə olduğu müddət ərzində ayrı-ayrıpeşələr və ixtisaslar üzrə tədris olunan təlim kurslarının 100 mindən artıq iştirakçısınasertifikat təqdim olunmuşdur.

** 1878-ci ildə Böyük Britaniyadaəsası qoyulmuş City &Guilds Group Kvalifikasiya qurumu, 100-dən çox ölkədə fəaliyyət göstərir.Hazırda qurum ətrafında 1300 nəfərlik işçi heyəti və 200 nəfərlik təlim məsləhətçişəbəkəsi, 350-dən çox işəgötürən birləşib. Qurum sənayenin 28 sektorunda 600ixtisas üzrə ildə təxminən 1000000 sertifikat təqdim edir və hazırkı dövrədək10000-dən çox təlim mərkəzini akkreditasiya etmişdir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart