logo

BP Azərbaycandakı layihələrə edilən investisiyaları açıqladı

BP-nin operatorluğu ilə Azərbaycanda həyata keçirilən 4 layihəyə son beş ildə $37,5 mlrd-dan çox investisiya yatırılıb.

2013-2017-ci illər ərzində “Azəri- Çıraq Günəşli”, “Şahdəniz” yataqlarının, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz magistral boru kəmərlərinə bu günə qədər qoyulan investisiyalar $37,576 mlrd. təşkil edib. Bu barədə “BP şirkətinin 2017-ci ildə Azərbaycanda dayanıqlı inkişafı haqqında” hesabatında qeyd edilir.

“2013-2017-ci illər ərzində AÇG, “Şahdəniz”, BTC və Cənubi Qafqaz boru kəməri layihələrinin həyata keçirilməsinə yatırılan investisiyaların ümumi həcmi $37 mlrd. 576 mln., o cümlədən əsaslı investisiyalar $30 mlrd. 531 mln., istismar üçün qoyulan investisiyalar $7 mlrd. 45 mln. təşkil edib”, – hesabatda deyilir.

BP-nin məlumatına əsasən, işlənməyə başladığı dövrdən 2018-ci il yanvarın 1-nə qədər AÇG blokundan 445,8 mln. ton neft hasil edilib. Bununla yanaşı, istifadəyə verildiyi dövrdən “Çıraq” platformasından 95,2 mln. ton neft, “Mərkəzi Azəri” yatağından 112,5 mln. ton , “Qərbi Azəri” yatağından 102,1 mln. ton, “ Şərqi Azəri” yatağından 58,7 mln. ton, “Günəşli” yatağının dərinsulu hissəsindən 5,7 mln. ton, “Qərbi Çıraq” yatağından 17,6 mln. ton neft hasil edilib.

“2017-ci ilin sonuna olan vəziyyət görə, AÇG blokunda 115 hasilat və 54 suvurma və qazvurma quyusu istismar olunub”, – sənəddə vurğulanır.

O cümlədən, hesabata əsasən, “Şahdəniz” yatağı istismara veriləndən (2006-cı ilin noyabr ayının 24-dən) 2017-ci ilin sonuna qədər 88,5 mlrd. kubmetr qaz və 22 mln kondensat hasil edilib.

“Şahdəniz” yatağında üç quyu ümumi sutkalıqhasilatın neft ekvivalentiilə BP-nin bütün dünya üzrə istismar olunan hasilat quyularının siyahısına liderlik edir”, – hesabatda qeyd olunur. 

İnterfax.az

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart