Maraqlı Xəbərlər

SOCAR Rumıniyada YDM-nin sayını 60-a çatdırmağı planlaşdırır

SOCAR Rumıniyada daha 20 yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır. Bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

“2011-ci ildən etibarən SOCAR-ın “SOCAR Petroleum S.A” törəmə şirkəti Rumıniyanın 18 bölgəsində 40 yanacaqdoldurma məntəqəsi açıb”, – deyə o, noyabr ayının 23-də Buxarestdə Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın iclasında bildirib.

SOCAR Rumıniyada fəaliyyətə 2011-ci ildə başlayıb. 2011-2017-ci illərdə şirkət Rumıniyada SOCAR brendi altında yanacaqdoldurma məntəqələri şəbəkəsinin yaradılması və genişləndirilməsinə $77,7 mln. sərmayə yatırıb.

Bu dövrdə SOCAR Rumıniya büdcəsinə $86,4 mln. məbləğində vergi ödəyib