Azərbaycan, Türkmənistan

Azərbaycanla Türkmənistan arasında 21 sənəd imzalanıb

Noyabrın 22-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Birgə Bəyanatını dövlət başçıları İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Saziş”i Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Batır Bazarov imzaladılar.

“Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkmənistan Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Türkmənistan Elmlər Akademiyasının prezidenti Sapardurdı Toylıyev imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında 2019-2021-ci illər üçün elm, təhsil, mədəniyyət və incəsənət sahəsində Əməkdaşlıq Proqramı”nı Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Türkmənistanın təhsil naziri Mammetmırat Geldiniyazov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılması haqqında Saziş”i Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Türkmənistanın dəmir yolu nəqliyyatı naziri Azat Atamıradov imzaladılar.

“Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Türkmənistanın Sənayeçilər və Sahibkarlar Birliyi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov və Türkmənistanın Sənayeçilər və Sahibkarlar Birliyinin sədri Aleksandr Dadayev imzaladılar.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti və Türkmənistanın Dəmir Yolu Nəqliyyatı Nazirliyi arasında nəqliyyat və tranzit məsələlərinə dair Saziş”i “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və Türkmənistanın dəmir yolu nəqliyyatı naziri Azat Atamıradov imzaladılar.

“Azərbaycan Respublikası və Türkmənistan arasında keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında Saziş”i Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Türkmənistanın Dövlət Gömrük Xidmətinin rəisi Atadurdı Osmanov imzaladılar.

“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində ADA Universiteti ilə Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutu arasında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkmənistanın Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Baba Zaxırov imzaladılar.

“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində ADA Universiteti ilə Humanitar Elmlər və İnkişaf üzrə Beynəlxalq Universitet arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkmənistanın Humanitar Elmlər və İnkişaf üzrə Beynəlxalq Universitetinin rektoru Esen Aydoqdıyev imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikası və Türkmənistan iki dövlətin (əlavə) ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımaların iştirakçıları üçün viza rejiminin sadələşdirilməsi haqqında Saziş”i Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkmənistanın Dövlət Miqrasiya Xidmətinin sədri Merqen Qurdov imzaladılar.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkmənistanın Dəniz və Çay Nəqliyyatı üzrə Dövlət Xidməti arasında dəniz ticarət gəmiçiliyinin inkişafına dair Saziş”i “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və Türkmənistanın Dəniz və Çay Nəqliyyatı üzrə Dövlət Xidmətinin sədri Annamurad Qurdov imzaladılar.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında avtomatlaşdırılmış informasiya mübadiləsi haqqında Saziş”i “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və Türkmənistanın Dəniz və Çay Nəqliyyatı üzrə Dövlət Xidmətinin sədri Annamurad Qurdov imzaladılar.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Türkmənistanın Dəniz və Çay Nəqliyyatı üzrə Dövlət Xidməti arasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında yükaşırma həcmlərinin artırılması haqqında Saziş”i “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və Türkmənistanın Dəniz və Çay Nəqliyyatı üzrə Dövlət Xidmətinin sədri Annamurad Qurdov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iki ölkənin limanlarından keçən daşımaların inkişafı haqqında Saziş”i Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Türkmənistanın Dəniz və Çay Nəqliyyatı üzrə Dövlət Xidmətinin sədri Annamurad Qurdov imzaladılar.

“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkmənistanın Avtomobil Nəqliyyatı Nazirliyi arasında beynəlxalq avtomobil daşımalarının inkişafı haqqında Saziş”i Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Türkmənistanın avtomobil nəqliyyatı naziri Orazdurdı Suxanov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019-2022-ci illər üçün nəqliyyat sahəsində əməkdaşlıq Proqramı”nı Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Türkmənistanın avtomobil nəqliyyatı naziri Orazdurdı Suxanov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sənaye sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Türkmənistanın sənaye naziri Xoşgeldi Mergenov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019-2021-ci illər üzrə ticarət-iqtisadi əməkdaşlıq Proqramı”nı Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Türkmənistanın ticarət və xarici iqtisadi əlaqələr naziri Amandurdı İşanov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında uzunmüddətli ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Türkmənistanın ticarət və xarici iqtisadi əlaqələr naziri Amandurdı İşanov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Batır Bazarov imzaladılar.