2017-ci ildə SOCAR (Azəbaycan Dövlət Neft Şirkəti) və Azərbaycanın payına düşən neftin satış həcmi 131 mln. 682,405 min barrel (ümumilikdə $7 mlrd. 111,86 mln. 936,802 min) təşkil edib.
Bu barədə Azərbaycan hökumətinin Hasilat Sənayesində Şəffaflıq hesabatında qeyd edilir.
Xəbər verildiyi kimi, 2016-cı ildə SOCAR və Azərbaycan tərəfindən ümumilikdə $5 mlrd. 530 mln. 936,802 min məbləğində 127 mln. 375,467 min barrel neft satılıb. Beləliklə, 2016-cı illə müqayisədə 2017-ci ildə neftin satış həcmi 3,4%, gəlirlər isə 28,6% artıb.
Hesabata əsasən, ötən il “Exxon”şirkəti Azərbaycan və SOCAR neftinin ən böyük alıcısı ($1 mlrd. 33,3 mln. dəyərində 18 mln. 768,156 min barrel) olaraq qalıb.
2017-ci ildə Azərbaycan neftinin əsas alıcılarının beşliyinə “PKN Orlen” ($534,68 mln. dəyərində 9 mln. 860,974 min barrel), ENI ($496,11 mln. dəyərində 9 mln. 184,649 min barrel), “Petrogal” ($410,44 mln. dəyərində 7 mln. 428,102 min barrel), “Irving” ($388,98 mln. dəyərində 7 mln. 61,214 min barrel) daxil olub.
Hesabatda bildirilir ki, 2017-ci ildə “Rosneft” şirkəti tərəfindən $195,16 mln. dəyərində 3 mln. 398,966 min barrel Azərbaycan nefti alınıb.