Hökumət 2023-cü ilə qədər Azərbaycanda illik 38-39 mln. ton neft hasil ediləcəyini proqnoz edir.
2020-2022-ci illərdə Azərbaycanda ümumilikdə 116 mln. 993,7 min ton neft hasil olunacaq.
“İnterfaks-Azərbaycan” agentliyinin hökumətin proqnozlarına istinadən verdiyi məlumata görə, 2020-ci ildə ölkədə 38 mln. 936,5 min ton, 2021-ci ildə 39 mln. 96 min ton, 2022-ci ildə 38 mln. 961,2 min ton neft hasil olunacaq.
2020-2022-ci illərdə Azərbaycanda ümumilikdə 128 mlrd. 260,4 mln. kubmetr qaz hasil olunacaq. 2020-ci ildə ölkədə qaz hasilatının həcmi 39 mlrd. 870 mln. kubmetr, 2021-ci ildə 43 mlrd. 436,7 mln. kubmetr, 2022-ci ildə 44 mlrd. 953,7 mln. kubmetr təşkil edəcək.
2020-ci ildə 29 mlrd. 827 mln. kubmetr, 2021-ci ildə 36 mlrd. 185,2 mln. kubmetr, 2022-ci ildə 38 mlrd. 533,2 mln. kubmetr həcmində əmtəə qazının hasil ediləcəyi proqnozlaşdırılır.
Xəbər verildiyi kimi, 2018-ci ilin yekunları üzrə Azərbaycan hökuməti neft hasilatını 38 mln. 848,1 min ton, 2019-cu ildə 38 mln. 496,4 min ton həcmində gözləyir.
Cari ildə qaz hasilatı 30 mlrd. 205 mln. kubmetr, 2019-cu ildə 36 mlrd. 909,2 mln. kubmetr həcmində proqnozlaşdırılır.
2017-ci ildə respublikada 38 mln. 756 min ton neft, 28 mlrd. 362,6 mln. kubmetr qaz hasil olunub.