Maraqlı Xəbərlər

Ukrayna qaz ehtiyatlarının həcmini açıqlayıb

Ukraynada ümumi həcmi 31 mlrd. kubmetr olan 12 ədəd qaz saxlama anbarı mövcuddur.

Bu barədə “Report”a Ukraynanın Energetika və Kömür Nazirliyindən məlumat verilib.

Bu ilin 22 oktyabr tarixinə olan məlumata görə, ölkənin qaz saxlama anbarlarında 16,9 mlrd. kubmetr təbii qaz var. Təbii qazın idxalı isə əsasən Slovakiya, Macarıstan və Polşadan həyata keçirilir.