Maraqlı Xəbərlər

Türkiyə neft idxalını azaldıb

Türkiyə avqust ayında neft və neft məhsullarının idxalını ötən ilin müvafiq dövrünə nisbətən 12,25 faiz azaldaraq 3,756 milyon tona endirib.

Report” xəbər verir ki, bu barədə Türkiyə Enerji Bazarı Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Bildirilib ki, 2017-ci ilin avqust ayında 4,281 milyon ton neft və neft məhsulları idxal etmiş Türkiyənin neft idxalında İraq (732 min ton), İran (647 min ton), Qazaxıstan (243 min ton) əhəmiyyətli yer tutur.

Həmçinin bu ilin aprel ayında 1,291 miyon ton dizel yanacağı idxal olunub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 17,87 faiz azdır.