Azərbaycan

SOCAR rəhbərliyi və Con Bolton Azərbaycanın reallaşdırdığı enerji layihələrini müzakirə ediblər

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən neft-qaz layihələrinin regionun və Avropanın enerji təhlükəsizliyinə töhfələrindən söhbət açılıb.