Rusiya

Rusiya şirkəti yenidən Liviyaya qayıtmaq imkanını nəzərdən keçirir

Rusiyanın “Tatneft” şirkətinin Liviyaya yenidən qayıtması imkanı nəzərdən keçirilib.

Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Liviyanın Milli Neft Korporasiyasının (NOC) sədri Mustafa Sanalla ilə “Tatneft”in I vitse-prezidenti Rustam Xalimov müzakirə aparıb.

Tərəflər əməkdaşlığın imkanlarının genişləndirilməsi yollarını, həmçinin “Tatneft” şirkətinin Liviyada 2007-ci ildə imzalanan kəşfiyyat və hasilat müqaviləsi üzrə işlərinin bərpası müzakirə edib.

Qeyd edək ki, “Tatneft” geoloji kəşfiyyat işlərini NOC ilə birgə aparıb. Şirkət Liviyadakı qeyri-sabitliyə görə işini ilk dəfə 2011-ci ilin fevral ayında dayandırıb. İki il sonra şirkət Liviyada yenidən işlərə başlamaq üçün əməkdaşlarını bu ölkəyə göndərib, lakin münaqişəyə görə bir müddət sonra onları təxliyyə etmək məcburiyyətində qalıb. Şirkətin Liviyaya növbəti uğursuz dönüş cəhdi ilə bağlı qərar 2014-cü ilin may ayında qəbul edilib.