logo

Küveyt ABŞ-a neft ixracını dayandırıb

Views: 89

Küveyt sentyabr ayında ABŞ-a neft ixracını dayandırıb.

Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu, İraqla hərbi münaqişələrin baş verdiyi 1992-ci ildən sonra ilk dəfədir baş verir.

Bu, Asiya ölkələrində enerji daşıyıcılarının ABŞ-dan daha yüksək qiymətə satılması ilə bağlıdır.

“İrana qarşı mövcud sanksiyalar başqa neft istehsalçılarına ABŞ-dan baha olduğu üçün Asiyaya daha çox neft satmaq fürsəti verir” – “Lipow Oil Associates” məsləhətçi şirkətinin rəhbəri Andi Lipou bildirib.

“Bloomberg” qeyd edib ki, Küveyt neftinin bir bareli ABŞ-da 79 dollara, Asiya bazarlarında isə, təqribən, 80 dollara satılır.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart