İran

Çin şirkətləri İran neftini almaqdan imtina ediblər

Çinin “Sinopec” və CNPC şirkətləri ABŞ-ın sanksiyalarını pozmaqdan çəkinərək İran neftini almaqdan imtina ediblər.

Report”un “Reuters”ə istinadən verdiyi xəbərə görə, mənbə Çin şirkətlərinə sanksiyalara görə icazə verilib-verilməyəcəyinin hələlik məlum olmadığını və bu səbəbdən də noyabr ayında neft almaqla risk etmək istəyənin olmadığını bildirib.

Xatırladaq ki, may ayında ABŞ Prezidenti Donald Tramp BMTTəhlükəsizlik Şurasının sanksiyalarının ləğvi müqabilində İranın nüvə proqramının məhdudlaşdırılmasına dair imzalanmış Əhatəli Razılaşma Planı adlı sənəddən birtərəfli qaydada çıxdıqlarını açıqlamışdı. Həmçinin ABŞ noyabrın 4-dən İranın neft ixracatına qarşı yeni sanksiyalar tətbiq edəcəklərini bildirmişdi.