Maraqlı Xəbərlər

Birləşmiş Ərəb Əmirlikləri neft istehsalını artırmağa başlayıb

Birləşmiş Ərəb Əmirlikləri bu ilin üçüncü rübündən etibarən xam neft hasilatını artırmağa başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri, OPEC Konfransının prezidenti Suhail Mohamed Al Mazrouei öz “twitter” səhifəsində yazıb.

Nazir bazarın tələb etdiyi kimi, ölkəsinin oktyabr və noyabr aylarında istehsal səviyyəsini artırmağa başladığını bildirib: “Cari ilin sonuna kimi Birləşmiş Ərəb Əmirliklərinin gündəlik neft istehsalının 3,5 milyon barrrelə çatacağı nəzərdə tutulur. Birləşmiş Ərəb Əmirlikləri bazarda sabitliyin və balansın təmin edilməsi üçün OPEC və OPEC-ə üzv olmayan ölkələrlə işləməkdə qərarlıdır”.

OPEC-in son hesabatına görə, sentyabr ayında Birləşmiş Ərəb Əmirliklərinin neft hasilatı 30 min barrel artaraq sutkada 3 milyon barreli ötüb.