logo

“Azeri Light”ın bir barrelinin qiyməti son 4 ildə ilk dəfə $86-a çatır

Views: 102

Azərbaycan neftinin qiyməti son 4 ilin maksimumuma yüksəlib.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,16 dollar bahalaşaraq 85,94 dollar təşkil edib. Azərbaycan neftinin bir barreli sonuncu dəfə 2014-cü il noyabrında 85 dollardan baha satılıb.

Qeyd edək ki, “Azeri Light”ın bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma çataraq 149,66 dollar olub.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart