Rusiya

Aleksandr Novak: “Donald Trampın paylaşımları dünya neft bazarını qarışdırır”

“ABŞ Prezidenti Donald Trampın Twitter-dəki çılğın paylaşımları dünya neft bazarına qatmaqarışıqlıq salır”.

Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak deyib.

Onun fikrincə, neftin qiymətinin artması məhz bununla bağlıdır: “ABŞ rəhbərliyi tərəfindən bütün bu duyğu qabarmaları, mülahizələr, paylaşımlar bazarı qarışdırır. Bazar nə edəcəklərini, bundan sonra nələr olacağını başa düşmür. Məsələn, bu gün bazar qiymətləri bir qədər yuxarıdır, həmin o duyğulu paylaşımlar olmasaydı, məncə bundan aşağı olardı”.