Maraqlı Xəbərlər

Yunanıstan-Bolqarıstan boru kəmərinin tenderi ilin sonunadək başa çatacaq

Azərbaycan təbii qazını Bolqarıstan ərazisinə nəql edəcək Yunanıstan – Bolqarıstan boru kəmərinin (İGB – İnterconnector Greece – Bulgaria) inşası layihəsi üzrə tenderi bu ilin sonunadək başa çatdırmaq nəzərdə tutulur.

Bu barədə “Report”a Bolqarıstanın energetika nazirinin müşaviri Rosen Simitçev bildirib. O, layihəni 2020-ci ildə təhvil vermək niyyətində oluqlarını deyib.

Qeyd edək ki, “Şahdəniz-2” yatağından Cənub Qaz Dəhlizi ilə nəql olunacaq təbii qaz 2020-ci ildən Bolqarıstana ixrac olunacaq. Bu ölkə İGB vasitəsilə ildə 1 milyard kubmetr Azərbaycan qazı alacaq.