logo

SOCAR Rusiyada metanol zavodu tikməyi planlaşdırır

Views: 284

“SOCAR Rusiyada metanol zavodu tikməyi planlaşdırır”.

Report” xəbər verir ki, bunu “SOCAR Polymer” şirkətinin baş direktoru Fərid Cəfərov Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu zamanı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bununla bağlı Rusiya şirkəti ilə danışıqlar aparılır: “Söhbət irimiqyaslı istehsalatdan gedir. Biz “SOCAR Polymer” təcrübəsini daha da artırmaq fikrindəyik”.

F.Cəfərov sözügedən layihənin Rusiyada qazın sərfəli qiyməti sayəsində rəqabətqabiliyyətli ola biləcəyini vurğulayıb: “Zavodda Rusiya xammalının istifadə ediləcəyi güman olunur”.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart