Azərbaycan

“Şahdəniz” konsorsiumu TANAP ilə Türkiyəyə 200 mln. m3-dək qaz tədarük edib

30 iyun 2018-ci il tarixindən “Şahdəniz” yatağından TANAP ilə Türkiyəyə ixrac olunan Azərbaycan qazının həcmi 198 mln. kubmetr təşkil edib.

Bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.

“Şahdəniz” yatağından qaz tədarükünə başlanandan indiyədək TANAP boru kəməri ilə Türkiyəyə 198 mln. kubmetr qaz tədarük olunub”, – X.Yusifzadə qeyd edib.