logo

“Qarabağ” yatağında ilk qiymətləndirmə quyusu gələn ilin I yarısında qazılacaq

Views: 737

Xəzərin Azərbaycan sektorunda yerləşən “Qarabağ” yatağında ilk qiymətləndirici quyunun 2019-cu ilin I yarısında qazılması planlaşdırılır.

Report” xəbər verir ki, bunu 20 sentyabr – “Neftçilər Günü”nə həsr olunmuş mərasimdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, ətraflı dəyərləndirmədən sonra qiymətləndirici quyu “Dədə Qorqud” üzən qazma qurğusu vasitəsilə qazılacaq.

SOCAR prezidenti deyib ki, yataqdan ilk məhsulun 2021-ci ildə əldə olunması planlaşdırılır.

Şirkətin prezdenti xatırladıb ki, “Qarabağ” yatağı üzrə ötən ilin dekabrında “Statoil” (hazırki-“Equinor”) şirkəti ilə ilkin razılaşma, bu ilin may ayında isə işlənmə ilə bağlı Risk Xidməti Sazişi imzalanıb.

Qeyd edək ki, “Xəzər dənizinin Azərbaycan sektorundakı “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar Risk Xidməti” (RXS) Sazişi bu il mayın 30-da SOCAR-la Norveçin “Equinor” (keçmiş “Statoil”) şirkətləri arasında imzalanıb.

Risk Xidməti Sazişinə əsasən, yataqda platformanın quraşdırılması və ilk hasilat 2021-ci ildə nəzərdə tutulur. Layihənin icrası üçün hər iki şirkət tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılacaq.

“Qarabağ” perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib, 1984-cü ildə dəqiqləşdirilib və 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində neft-qazlılığı təsdiqlənib. Yataq Bakıdan şərq istiqamətində 120 kilometr aralı, açıq dənizin 150-200 metr dərinliyində yerləşir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart