Cari ildə qlobal neft tələbatı gündəlik orta hesabla 99 milyon 300 min barrel təşkil edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, 2019-cu ildə isə neft tələbatının sutkalıq 100 milyon 800 min barrel səviyyəsində olacağı proqnozlaşdırılır.
EIA-a görə, bu il neftə olan tələbatda 35 milyon barrel ilə Asiya-Sakit okean ölkələri ilk sırada olacaq. Sonrakı yerdə isə 31 milyon 800 min barrellə Amerika qitəsi və 15 milyon barrel ilə Avropa qərarlaşıb.