Maraqlı Xəbərlər

Almaniya ABŞ qazını idxal etməyəcək

Almaniya ABŞ-dan maye qaz idxal etməyəcək. 

Report”un Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Almaniyanın “Handelsblatt” nəşri bu barədə yazır ki, ölkədə bunun üçün lazımi infrastruktur yoxdur.

Bununla yanaşı, 2050-ci ilədək Almaniya karbon enerji daşıyıcılarından istifadəni dayandırmaq niyyətindədir.

Sözügedən nəşr həmçinin yazır ki, hazırda Almaniya enerji istehlakı məsələsində hər hansı tək bir ölkədən asılı deyil və enerji daşıyıcılarının idxalı geniş şaxələndirilir.