logo

ABŞ neft idxalı üçün İrana alternativ axtarır

ABŞ həm özü, həm də müttəfiqləri üçün İranı əvəzləyəcək yeni neft təchizatı mənbəyi axtarışındadır.

Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ağ Evdəki mənbə “Financial Times”ə bildirib.

Qəzet qeyd edir ki, İran neftinin mühüm istehlakçılarından olan Hindistan da sentyabr – oktyabr üçün nəzərdə tutulan idxal həcmini xeyli ixtisar edib. Həmçinin Cənubi Koreya hökuməti neft idxal etmək üçün Səudiyyə Ərəbistanı və İraqla əməkdaşlıq qurmağa üstünlük verir.

Xatırladaq ki, bu il may ayında İranla nüvə sazişindən çıxan ABŞ noyabr ayından bu ölkənin enerji sektoruna qarşı yeni sanksiyalar tətbiq edəcək. Bu sanksiyalara əməl etməyən üçüncü ölkələrə də təzyiq göstərmək nəzərdə tutulur.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart