logo

Paytaxtda neft istehsalı 0,3% artıb, qaz hasilatı isə 3,6% azalıb

Views: 31

Cari ilin yanvar-iyul aylarında Bakının mədənçıxarma sektorunda xam neft istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz artıb, təbii qaz hasilatı isə 3,6 faiz azalıb.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-iyul aylarında 24,1 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz az sənaye məhsulu istehsal edilib.

Hesabat dövründə sənaye məhsulunun 82,6 faizi mədənçıxarma sektorunda, 15,5 faizi emal sektorunda, 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart