logo

“Brent”in qiyməti son 3 həftənin maksimumuna çatıb

Views: 34

“Brent” markalı neftin bir barrelinin qiyməti son 3 həftənin maksimumuna yüksəlib.

AZƏRTAC xəbər verir ki, “Brent” neftinin qiyməti iyulun 31-dən indiyədək ən yüksək səviyyəyə qalxıb. Həmçinin “Brent”in qiyməti son 2 gündə təxminən 4 faizədək bahalaşıb.

“Light” markalı neftin bir barrelinin qiyməti ötən həftənin əvvəlindən bu vaxtadək maksimum səviyyəyə çatıb və son iki gündə isə 2 faizdən çox artıb.

Qeyd edək ki, hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 75,16 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 68,32 dollara alıcı axtarır.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart