Maraqlı Xəbərlər

Bağlanma riski olan banklar – SİYAHI

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin məcmu kapitalı bank qanunvericiliyində nəzərdə tutulan tələbdən – 50 milyon manatdan az olduğuna görə, “Qırmızı Zona”ya daxil olub.

Kommersant.az bankların 2018-ci il iyun ayının 1-nə olan rəsmi hesabatlarına əsaslanaraq xəbər verir ki, bağlanma riski daşıyan və hazırda qırmızı zonada olan banklar “AG Bank”, “Access Bank”, “AmrahBank”, “Bank of Baku” və “Pakistan Milli Bankı”nın Bakı filialıdır.

Ən az kapital göstəricisi Pakistan bankında olsa da, Azərbaycan və Pakistan hökumətləri arasındakı razılaşmaya görə bu bankın kapitalı tədricən artırılacaq. Yəni, banklara olan ənənəvi kapital tələbi və onun mümkün nəticələri Pakistan Milli Bankının Bakı filialına aid deyil.

Bundan sonra ən aşağı məcmu kapital göstəricisi “Bank of Baku”dadır – 24,3 milyon manat. Xatırladaq ki, maliyyə problemi yaşadığı üçün dekabr ayında lisenziyası ləğv edilən “DəmirBank”ın məcmu kapitalı 25,5 milyon manat idi. Hazırki vəziyyətdə isə “Bank of Baku”nun məcmu kapitalı “Dəmir Bank”ın məcmu kapitalından da aşağıdır (1,2 milyon manat). Yəni, lisenziyası ləğv ediləcək bankların siyahısında “Bank of Baku” birinci sıradadır.

Digər bankların da vəziyyəti ürəkaçan deyil. Bu banklar fəaliyyətlərini davam etdirmək üçün ya kapitallarını artırmalı, ya da konsolidasiyaya getməli, yəni başqa bankla birləşməlidirlər.

Bankın Adı 2018 –ci il 6 aylıq Hesabat
AG Bank 41 milyon 486 min manat
Access Bank 28 milyon 56 min manat
Amrah Bank 27 milyon 815 min manat
Bank of Baku 24 milyon 359 min mant
Pakistan Milli Bankı (Azərbaycan) 10 milyon 179 min manat