İran

ABŞ-ın İrana qarşı yeni sanksiyaları CQD-yə şamil olunmur

ABŞ-ın İrana qarşı yeni sanksiyaları Azərbaycan qazının Avropaya tədarükü üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinə şamil olunmayacaq.

Bu barədə S&P Global Platts şirkəti ABŞ prezidenti Donald Trampın müvafiq sərəncamına istinadən məlumat verir.

Bildirilir ki, D.Trampın sərəncamında CQD-ni nəzərdə tutan “təbii qaz layihəsi istisna edilir”. Eyni zamanda qeyd olunur ki, bu qaz dəhlizi “Türkiyə və Avropa ölkələrinə enerji təhlükəsizliyi və enerji müstəqilliyini təqdim edir”.

Bundan başqa, vurğulanır ki, BP şirkəti sanksiyaların “Cənub Qaz Dəhlizi” üçün təbii qaz mənbəyi olan “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinə şamil olunmamasına dair icazə əldə etmək istəyirdi. İranın NICO şirkəti “Şahdəniz” yatağının “Mərhələ-2” layihəsində 10% pay sahibidir.