“SOCAR Polymer” şirkəti polipropilen və yüksək sıxlıqlı polietilen zavodlarının istismar olunacağı dövr ərzində dövlət büdcəsinə $860 mln. məbləğində vergi ödəməyi planlaşdırır.
Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.«İlkin qiymətləndirmələrə görə, hər iki zavodun istismarı dövründə büdcəyə $400 mln. mənfəət vergisi ödəniləcək. Daha $460 mln. isə dövlət büdcəsinə ƏDV üzrə ödənişlərin payına düşəcək”, – deyə məlumatda bildirilir.
Zavodlarda istehsal olunan məhsulun 75%-i Türkiyəyə və Avropa bazarlarına ixrac olunacaq.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı iyulun 18-də olub.*