İran

Ruhani: “İran bölgədə gərginliyi artırmayacaq”

İran Prezidenti Həsən Ruhani ölkəsinin bölgədə gərginliyi artırmayacağını qeyd edib.

Report” TASS-a istinadən xəbər verir ki, bu barədə H.Ruhaninin prezidentin rəsmi internet saytında yerləşdirilən bəyanatında deyilir.

“İslam Respublikası heç vaxt regionda gərginlik yaratmağa çalışmayıb və karbohidrogenlərin təchizatının reallaşdığı beynəlxalq akvatoriyalarda problem yaratmaq istəmir. Lakin neft ixrac etmək hüququndan imtina etməyəcək”, – Ruhani deyib.