logo

Qazaxıstan neft hasilatını artıra bilər

Qazaxıstan “Kaşaqan” yatağından hesabına neft hasilatının həcmini artıra bilər. 

Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Kanat Bozumbayev deyib.

Onun sözlərinə görə, ölkəsi OPEC+ razılaşması əldə edildikdən sonra hasilatı artırmayıb: “Hasilat göstəricisi olduğu kimi qalıb – sutkada 1,8 mln. barel. İlin sonuna qədər bu sahədə artımın nə qədər olacağını müəyyən edəcəyik”.

Xatırladaq ki, OPEC+ razılaşmasına əsasən, Qazaxıstan gündəlik hasilatını 20 min barrel azaltmalı idi.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart