Mingəçevir şəhərindəki “Azərbaycan” İES-də yenidən qəza baş verib.
Sfera.az bildirir ki, Yenicag.az-a daxil olan məlumata görə, İES-in daha bir blokunda yanğın başlayıb.
Sakinlər bildirib ki, əhali təşviş içərisindədir: “Yenidən eyni halın təkrarlanmasından qorxuruq. Lakin hələ Mingəçevirdə işıqlar sönməyib”.
Qeyd edək ki, “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı əməkdaşımıza bu barədə məlumatı olmadığını bildirib.
Video üçün linkə keçid edin.