logo

May ayında Türkiyədə neft və neft məhsullarının idxalı azalıb

Views: 52

Türkiyədə neft və neft məhsullarının idxalı 2018-ci ilin may ayında ötən illə müqayisədə 12,13% azalaraq 3 milyon 489 min tona düşüb.

Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarının Tənzimləmə İdarəsinin (EPDK) hesabatında bildirilib.

Hesabata əsasən, may ayında xam neftin idxalı ötən illə müqayisədə 30,98% azalaraq 1 milyon 802 min tona bərabər olub.

Bu dövrdə neft idxalında ən böyük pay İrana düşüb – 930 min ton. Sonrakı yerlərdə İraq (352 min ton) və Səudiyyə Ərəbistanı (210 min ton) qərarlaşıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart