Cari ilin yanvar-may aylarında Bakıda xam neftin hasilatı 15 milyon 909 min ton, əmtəəlik təbii qazın istehsalı isə 7 milyard 158 milyon kubmetr təşkil edib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft istehsalı 1,3 faiz artıb, qaz hasilatı isə 8,2 faiz azalıb.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 13,9 milyard manat olmaqla əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,5 faiz azalıb. Sənaye məhsulunun 82,8 faizi mədənçıxarma sektorunda istehsal olunub.