Azərbaycan

Yanvar-may aylarında 20,2 min ton metanol istehsal edilib

Cari ilin yanvar-may aylarında Azərbaycanda 26,1 min ton propilen (ondan 19,9 min ton əmtəəlik), 49,1 min ton polietilen, 50,6 min ton etilen, 7 milyon 15,8 min ton izopropil spirti və 20,2 min ton metanol (metil spirti) istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bu il iyunun 1-nə 1,6 min ton propilen, 2,2 min ton polietilen, 3 milyon 395,2 min ton izopropil spirti və 7,4 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb.

Beş ayda əsas kimya məhsullarından propilen istehsalı 9,3 faiz, etilen istehsalı isə 6,8 faiz artıb.