Azərbaycan

“Ukrtansnafta” 10 min ton həcmində Azərbaycan neftini hərraca çıxaracaq

“Ukrtansnafta” iyunun 7-də 10 min ton həcmində “AzeriLight” markalı nefti satışa çıxaracaq.

Report” “Enkorr” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Enerji Birjasının bülletenində qeyd olunub.

Neft “Cənub” dəniz terminalının rezervuarlarından təklif olunur. Ticarət əməliyyatı əvvəllər olduğu kimi diferensial rejimdə aparılacaq. Neftin tədarükü əvvəldən ödəniş olmaqla 19-25 iyun tarixlərində həyata keçiriləcək.