Azərbaycan

“SOCAR Turkey Enerji A.Ş.” ilə “Coreworx Inc.” müqavilə imzalayıb

“SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) Kanadanın “Coreworx Inc.” (“Coreworx”) şirkəti ilə proqram təminatı üzrə uzunmüddətli müqavilə imzalayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Coreworx” məlumat yayıb. Bildirilir ki, müqavilə üzrə STEAŞ “Coreworx”a öz idarəetmə proqramından istifadə etmək üçün lisenziya almaq hüququ verir. Bu proqram STEAŞ-ın layihə müqavilələri və əlaqədar risklərin planlaşdırılması mərhələsindən layihənin yekununa qədər idarəetmə imkanı verəcək.

STEAŞ-ın təchizat üzrə direktoru Egbert Wijnen-Riems deyib: “Müqavilələr hər hansı bir layihənin kommersiya uğuru üçün əsasdır. “Coreworx” layihələr üzrə xüsusi həllər, komanda üzvlərinin müqavilə siyasəti və öhdəliklərinin uyğun olmasını təmin edəcək. Həmçinin bu bizə əlaqədar riskləri idarə etmək üçün daha yüksək səviyyəli fikir formalaşdırmağa kömək edəcək”.

“Coreworx” şirkətinin baş icraçı direktoru John Gillberry bildirib: “Biz SOCAR-la işləməyi səbirsizliklə gözləyirdik və onların kommersiya uğurlarına töhfə vermək niyyətindəyik”.

Xatırladaq ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ 2023-cü ilədək Türkiyənin ən böyük sənaye şirkəti olmağı hədəfləyir.