SOCAR-ın Tullantıların İdarəedilməsi Mərkəzində 30 çeşiddə istehsalat tullantılarının zərərsizləşdirilməsi və təkrar istifadəsi aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
“Ekologiyaya ən böyük töhfələrdən olan SOCAR-ın Tullantıların İdarəedilməsi Mərkəzində neft və qaz quyularının qazılması zamanı formalaşan tullantıların, neftlə çirklənmiş qumların, lay sularının, 30 çeşiddə istehsalat tullantılarının zərərsizləşdirilməsi və təkrar istifadəsi həyata keçirilir”, – deyə SOCAR bildirir.