Rusiya may ayında OPEC+ ölkələri ilə neft hasilatının azaldılması üzrə sazişi 95% yerinə yetirib.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın energetika naziri Aleksandr Novak deyib.
“Rusiya mayda hasilatın 95% azaldılması səviyyəsinə çatıb. Rusiya neft bazarında balansın saxlanmasına tam sadiqdir”, – deyə o bildirib.