İran

Hindistan Pakistan ərazisindən keçməklə İrandan ölkəyə qaz kəmərinin çəkilməsini real saymır

“Pakistan ərazisindən keçməklə İrandan Hindistana qaz kəmərinin çəkilməsi ideyası çətin reallaşsın”.

Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Hindistanın neft nazirinin sabiq katibi Saurabx Çandra deyib.

O, fikrini təhlükəsizlik probleminin mövcudluğu ilə əsaslandırıb.

“Sözügedən layihənin yaxın gələcəkdə həyata keçirilməsi mümkün deyil. Buna səbəb bir neçə “qıcıqlandırıcı”nın olmasıdır. Hətta, Hindistan təhlükəsizlik problemlərinə görə TAPİ (Türkmənistan, Əfqanıstan, Pakistan, Hindistan) layihəsinə həvəslə yanaşmır”,- o qeyd edib.

Xatırladaq ki, Rusiyanın təbii qaz inhisarçısı – “Qazprom” şirkətinin İdarə Heyətinin sədr müavini Vitaliy Markelov bəyan edib ki, Pakistan və Hindistan hökumətləri qaz kəmərinin inşası ilə bağlı layihəni nəzərdən keçirir. Ancaq bununla bağlı yekun qərar qəbul edilməyib.