logo

“General Electric” neft sektorundan çıxır

Views: 66

ABŞ-ın enerji nəhəngi “General Electric” (GE) neft sektorundan çıxır.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, “General Electric” səhiyyə və neft sektorundan çıxaraq diqqəti aviasiya, elektrik və bərpaolunan enerjiyə yönəldəcək.

“General Electric” 2017-ci ildə 7,4 milyard dollara səhmlərinin 62,5 faizlik hissəsini aldığı ABŞ-ın ən böyük üçüncü neft sahəsinə xidmət göstərən “Baker Hughes” şirkətinin də səhmlərini satacaq.

Bununla da şirkət 2020-ci ilin sonuna qədər ən az 500 milyon dollara qənaət edəcək. Həmin tarixə qədər “General Electric”in borcunun 25 milyard dollar azaldılması da planlaşdırılır.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart