logo

Azərbaycanın Avropaya qaz ixracatı gəlirlidirmi? – İQTİSADİ TƏHLİL

Views: 214

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirir ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsinin (TAP) dörddə üçü həyata keçirilib və gələn il yekunlaşaraq, 2020-ci ildən birinci dəfə olaraq Xəzərin qazı Avropaya daşınacaq.

E.Məmmədyarov bu sözləri, iyunun 22-də Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin 10-cu qeyri-rəsmi görüşündə çıxışı zamanı bildirib.

“Şahdəniz” yatağından başlayıb, Türkiyənin Eskişehir bölgəsinə çatan, Türkiyəyə 6 mlrd. kubmetr, Avropa İttifaqına (Aİ) isə 10 mlrd. kubmetr qazı ixrac edəcək “Cənub Qaz Dəhlizi”nin birinci hissəsi may və iyun aylarında açıldı, boru kəmərinin sonrakı hissəsinin tikilişi davam etdirilir və 2020-ci ilə qədər bitməsi gözlənilir, kəmərin buraxıcılıq gücünün gələn onilliyin yarısında 31 mlrd. kubmetrə çatdırılması planlaşdırılır.

Lakin, bir çox xarici medialar, hətta daxildə bəziləri bu dəhlizin iqtisadi baxımdan əlverişli və gəlirli olduğunu şübhə altına alır.

Bəs layihə nə qədər rentabellidir və boru kəməri yekun layihə gücünə Azərbaycanın öz qazı hesabına çatacaqmı?

“Cənub Qaz Dəhlizi”nin hissələri Buraxıcılıq gücü (mlrd. m3/il) Qiyməti 30.04.2018 tarixinə xərcləmələr (mlrd.) Boru kəmərinin uzunluğu (km)
Şahdəniz qaz-kondensat yatağının 2-ci fazası 16 $22,7 $17,7 100 (dəniz)
Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi 23,4 $4,5 $4,2 489*
Trans-Anadolu Boru Kəməri (TANAP) 20 $7,9 $5,4 1850
Trans-Adriatik Boru Kəməri (TAP) 10 €4,5 €2,9 878
Cəmi $40,33 $30,67 3317

Mənbə: Cənub Qaz Dəhlizi QSC.* Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi 2007-ci ildən işlək olan Cənubi Qafqaz Boru Kəmərinə birləşdirilib. Ümumilikdə uzunluğu 1181 km-dir.

İlk olaraq, “Şahdəniz 2” qaz yatağına, 11 ildir ki, hasilat həyata keçirilən “Şahdəniz 1” layihəsinə baxaq. Onu da bildirək ki, bu 2-ci fazanın daha kiçik modelidir.

“Şahdəniz”də layihə operatoru BP 28,8%, Türkiyənin TPAO şirkəti 19%, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) 16,7%, Malayziya Dövlət Şirkəti Petronas 15,5%, Rusiyanın özəl şirkəti Lukoil 10% və İranın Dövlət Şirkəti NICO 10% paya malikdir. Adı çəkilən şirkətlər Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsində də eyni nisbətdə səhmdardırlar.

Yatağın çıxarıla bilən ehtiyatı 1,2 trilyon kubmetr qaz və 240 mln. ton kondensat təşkil edir, bunun da 1/6 hissəsi “Şahdəniz 1” qatında yerləşir. “Şahdəniz 2” qatı 1-ci fazadan 2 dəfə böyükdür

2007-2017-ci illər ərzində “Şahdəniz 1” yatağından 88,5 mlrd. kubmetr qaz və 22,5 mln. ton kondensat hasil olunmuşdur və yatağın istismarına xərclənmiş $10 mlrd. artıq geri qayıtmışdır.

Şah Dənizin yatağının fazaları Çıxarıla bilən ehtiyatlar Kapital xərcləmələri* Əməliyyat xərcləmələri
Şah Dəniz 1 200 mlrd. kubmetr qaz

40 mln. ton kondensat

$6,825 mlrd.** $3,177 mlrd.
Şah Dəniz 2 400 mlrd. kubmetr qaz

100 mln. ton kondensat

$40,33 mlrd.
Şah Dəniz 3 600 mlrd. kubmetr qaz

100 mln. ton kondensat

* Məbləğə $2,5 mlrd. Yatağın və emal avadanlığının xərcləmələri və $5,1 mlrd. Bakı-Tbilisi-Ərzurum kəmərinin xərcləri daxildir.

Hazırda, “Şahdəniz 1” yatağından 10 mlrd. kubmetr qaz hasil olunur ki, bunun da 2/3 hissəsi ixrac olunur, lakin hasilat səviyyəsi müqavilə müddətinin bitdiyi 2028-ci ildə kəskin şəkildə düşəcək. Digər tərəfdən, “Şahdəniz 2” yatağı 2-ci istismar dövrünə girəcək və 2035-ci ilin əvvəlində yatağın lay təzyiqi düşəcək. Beləliklə, “Şahdəniz 3” yatağının işlənməsi ixrac səviyyəsini saxlamaq üçün həyati əhəmiyyət daşıyır.

“Şahdəniz” yatağında hasilatın pay bölgüsü sazişinin müddəti 25 ildir. Azərbaycan hökuməti səhmdarların xərcləri qaytarıldıqdan sonra hasilatdan gələn gəlirin 70%-ni əldə edəcək. Beləlikdə, səhmdarlar üçün investisiyanın geri dönmə müddəti əhəmiyyətli şəkildə qısalacaq.

Qaz hasilatına və istismar xərclərinə gəldikdə, ötən onillikdə “Şahdəniz 1” üçün bu rəqəm 1000 kubmetr qaz üçün orta hesabla $43.95 idi.

Qiymət sərfəli idi, çünki SOCAR imzalanmış 2 müqavilə əsasında qazın 1/3 hissəsini ən ucuz qiymətə – 1000 kubmetr üçün $57-$65 ödəyərək alır. Yerdə qalan qaz həcmləri isə 2010-cu ilə qədər $120-dan, ondan sonra isə daha yüksək qiymətə – $200-dan çox qiymətə Türkiyəyə ixrac olunurdu, bu da onunla əlaqədar idi ki, dünyada neftin qiymətləri kifayət qədər yüksəldiyindən qaz qiymətləri də artmağa başlamışdı. Bununla belə Azərbaycan qazı Türkiyə bazarında ən ucuz qaz kimi özünü göstərirdi.

Daşınma xərcləri

Gürcüstan 2001-ci ildə Azərbaycanla bağlanmış 40 illik müqaviləyə əsasən Türkiyəyə ixrac olunan qazın 5%-ni tranzit haqqı olaraq alır. Gürcüstan 2020-ci ildən sonra 6,5 mlrd. kubmetrlik “Şahdəniz 1” və 16 mlrd. kubmetrlik “Şahdəniz 2” yataqlarından ümumilikdə illik olaraq 1,125 mlrd. kubmetr qazı tranzit haqqı kimi alacaq, bu da Gürcüstanın 2020-ci illərdə illik qaz tələbatının 45%-ni təşkil edəcək. SOCAR həmçinin fərdi qaydada Gürcüstana qaz ixrac edir. Hazırda, Gürcüstanın qaz tələbatını bütünlükdə Azərbaycan ödəyir.

2020-ci ildə “Şahdəniz 1”-dən Gürcüstana qaz tədarük həcminin yüksəlməsindən sonra, SOCAR-ın öz qazından asılılığı yüksələcək və şirkət daxili bazara daha çox qaz verə biləcək.

“Şahdəniz 2”-ə gəldikdə, tələb olunan investisiya “Şahdəniz 1”-dən 4 dəfə çoxdur, eyni zamanda, ehtiyatların həcmi və qazın qiyməti də yüksəkdir, çünki hasil olunan qazın böyük hissəsi Aİ-ə ixrac olunacaq. Digər tərəfdən, əsas gəlirlər yataqdan hasil olunacaq kondensatdır ki, Azərbaycanın yüngü nefti ilə birlikdə ixrac olunur.

“Şahdəniz 2” üçün Türkiyə ərazisində tranzit haqqı və vergilər 1000 kubmetr qaz üçün $70 ətrafındadır.

Odur ki, bu layihədən ən çox qazanan tərəf Türkiyədir, çünki ölkə həm tranzit haqqı və vergidən qazanacaq, həm də BOTAŞ-ın layihədə 30% səhmi var. Bir qədər öncə, TANAP-ın icraçı direktoru Saltuk Düzyol bildirmişdi ki, bir sıra Türk şirkətləri bu layihədə xidmət işlərinə görə $3,6 mlrd. dəyərində müqavilələrdən yararlanıblar. TANAP-ın digər səhmdarları 51%-lə SOCAR, 7% SOCAR-ın Türkiyədəki törəmə şirkəti və 12%-lik payla BP-dir.

Azərbaycan hökumətinin “Şahdəniz”in ikinci fazyasının qaz və kondensantından 70 faiz gəlirindən əlavə, “Cənub Qaz Dəhlizi” QSC (20%) və SOCAR da əlavə olaraq qaz tranzitindən gəlir əldə edəcəklər. Çünki bu iki şirkətin üst-üstə proyektin bütün hissələrində ortalama 25 faizdən çox payları var.

“Cənub Qaz Dəhlizi”nin Avropa hissəsinə gəlincə (TAP), boru kəmərinin keçdiyi ölkələr tranzit haqqı almayacaqlar, lakin bir qədər öncə yerli mediada Yunanıstanın səhmdarlardan: BP (20%), “Cənub Qaz Dəhlizi” QSC (20%), Snam (20%), Enagas (16%), Fluxys (19%), Axpo (5%) vergi alacağı məlumatları yayılmışdı. SOCAR-dan bildirildi ki, TAP-ın işləri 75% yekunlaşıb, yeni problemlər ortaya çxıb.

Lakin, bütün bunlar yalnız ilkin mərhələdir. Kəmərin yekun layihə gücünə çatdırılması isə daha qəlizdir.

Bir müddət öncə, SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirmişdi ki, Aİ TAP-ı Üçüncü Enerji Paketindən çıxartsa da, boru kəmərinin buraxıcılıq gücünün 20 mlrd. kubmetrə çatdırılması qüvvədədir. Başqa sözlə, layihənin genişləndirilməsi üçün digər qaz mənbələri tapılmalıdır.

Potensial mənbələr isə Rusiya (“Türk axını”-nın 15,75 mlrd. kubmetrlik 2-ci qolu işə düşəndə) və həmçinin İraqdır. Alternativ mənbələr kimi İran və Türkmənistan qazı əlverişli deyil, çünki qaz kəməri xeyli uzanır və əlavə kompressor stansiyalarına ehtiyac yaranır. Nəticədə onların qazı Avropa üçün xeyli baha başa gəlir. Qeyd olunmalıdır ki, günümüzdə heç bir Avropa şirkəti nə Türkmənistanla, nə də İranla qaz danışıqlarına girməyib.

Bu gün üçün, Azərbaycanın “Şahdəniz 3”-dən əlavə növbəti 10 illiklərdə ixrac üçün başqa yataqları var ki, nəzəri olaraq “Cənub Qaz Dəhlizini” yekun layihə gücünə digər təchizatçılardan asılı olmayaraq çatdıra bilər.

Azərbaycanın cari və perspektiv qaz layihələri

Qaz yatağı Geoloji ehtiyatı Başlama tarixi Hasilat (illik mlrd. m3) Operator və ya tərəfdaş
Abşeron 1-ci faza 350 2019 1,5 Total
Abşeron 2-ci faza Tətbiq edilə bilməz 2026-2027 5 Total
Qarabağ, Əşrəfi , Dan Ulduzu 35-40 2021-lərdə 1,5 (birlikdə) Equinor
Babək 400 2020-lərdə 3-5 SOCAR Ümid/Babək
Ümid 200 2020-lərdə 1,5 SOCAR Ümid
Azəri-Çıraq-Günəşli 500 2020-lərdə 2-3 BP
Qoşadaş 2020-lərdə 0,5 Petronas
Şəfəq-Asiman 500 2030-larda 8 BP

Mənbə:SOCAR

SOCAR-ın gəlirləri

Azərbaycanın əsas neft yataqları 2-ci istismar dövrünə girib və ölkə bunu qaz gəlirləri ilə kompensasiya etməyi düşünür. Lakin, başqa gəlir mənbələri də onu kompensasiya edə bilər.

Ötən il SOCAR-ın qaz gəlirləri məcmu gəlirlərinin 3%-dən azını təşkil edib və şirkət fəaliyyətini, əsasən neft məhsulları olmaqla ölkə sərhədlərindən xaricdə genişləndirir.

SOCAR-ın cəmi aktivlərinin dəyəri 2017-ci ildə 15,7% artaraq 61,347 mlrd. manata yüksəlib ki, bu şirkətin 2017-ci il maliyyə hesabatında əks olunub.

SOCAR-ın gəlirləri fəaliyyət növləri üzrə (mlrd. manat):

2017 Cəmi gəlirlərdə payı (%)
Xam neft 56,592 61,13
Neft məhsulları 24,808 26,81
Neft-kimya sənayesi 3,881 4,19
Təbii qaz 2,670 2,88
Digər gəlirlər 4,620 4,99
Cəmi gəlirlər 92,571 100

SOCAR-ın gəlirləri ölkələr üzrə (mlrd. manat)

2017 Cəmi gəlirlərdə payı (%)
İsveçrə 78,633 84,94
Azərbaycan 5,382 5,81
Türkiyə 4,925 5,32
Birləşmiş Ərəb Əmirlikləri 1,324 1,43
Gürcüstan 1,185 1,28
Digər ölkələr 1,122 1,22
Cəmi gəlirlər 92,571 100

SOCAR İsveçrədə neft məhsullarının pərakəndə satış şəbəkəsini idarə edir və SOCAR brendi altında yanacaq doldurma stansiyaları açır. İsveç şirkəti-Ecco Schweiz GmbH-nin səhmlərinin alınması haqqında SOCAR-la müqavilə 2011-ci ilin 16 noyabr tarixində Sürixdə bağlanılmışdır. Satınalmanın məcmu dəyəri ümumilikdə $330 mln. təşkil etmişdir.

Dövlət şirkətinin 2017-ci ildə xalis mənfəəti 2016-cı illə müqayisədə 6 dəfə artaraq 2,092 mlrd. manat olmuşdur.

Müəlliflər:

İlham Şaban: Caspian Barrel Neft Araşdırmaları Mərkəzinin rəhbəri və NGW jurnalının eksperti

Dalğa Xatınoğlu, Britaniyanın Natural Gas World (NGW) jurnalının Xəzəryanı ölkələr üzrə sorumlusu

Publika.az

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart