2018-ci ilin sonunda Yunanıstan-Bolqarıstan interkonnektorun (IGB) tikintisinə başlanacaq. Bu barədə Bolqarıstanın energetika nazirinin müşaviri Rozen Simitçev deyib.
“Cari ilin sonunda interkonnektorun tikintisinə başlanılacaq. Artıq boruların tədarükünə dair müvafiq tenderlər elan edilib. Tikintinin 2020-ci ilin birinci yarısında baça çatdırılması planlaşdırılır, yəni layihənin özü TAP qaz kəmərinin istifadəyə verilməsinə həsr olunacaq”, – R.Simitçev çərşənbə günü Bakıda bildirib.
Onun sözlərinə görə, IGB-nin tikintisi 220 mln. avroya başa gələcək. “Biz interkonnektorun tikintisi üçün 39 mln. və 45 mln. avro məbləğində iki qrant əldə etmişik. Bundan başqa, Bolqarıstan hakimiyyəti 110 mln. avro məbləğində hökumət zəmanəti ilə kredit götürməyə hazırdır”, – R.Simitçev qeyd edib.