Azərbaycan

Yanvar-aprel aylarında Azərbaycanda neft hasilatı 1,4% artıb, əmtəə qazının hasilatı 10,8% azalıb

2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanda neft hasilatının həcmi ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1,4% artıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Hesabat dövründə Azərbaycanda əmtəə qazının hasilat həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,8% azalıb.

Bununla belə, cari ilin yanvar-aprel aylarında neft və qaz hasilatının miqdar göstəriciləri açıqlanmır

Xəbər verildiyi kimi, 2017-ci ildə respublikada 38 mln. 688,9 min ton neft, 28 mlrd. 597,5 mln. kubmetr qaz hasil olunub.

Energetika Nazirliyinin proqnozlarına görə, 2018-ci ildə Azərbaycanda 38 mln. tona yaxın neft, 30 mlrd. kubmetrə yaxın qaz hasil olunacaq.

Interfax.az