Fransanın neft-qaz nəhəngi “Total” şirkəti Omanın təbii qaz ehtiyatlarını inkişaf etdirəcək.
AZƏRTAC xəbər verir ki, “Total” Oman hökuməti ilə bu ölkənin təbii qaz ehtiyatlarının inkişaf etdirilməsi üzrə birgə əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb.
Omanın təbii qaz ehtiyatlarının inkişaf etdirilməsində “Total” “Shell” şirkəti ilə tərəfdaş olacaq.
“Total”ın məlumatına görə, “Block 6” adlanan yatağa qoyulan investisiyalardan sonra ilk qaz istehsalı gündəlik 500 milyon kubfut olacaq. Daha sonralar hasilat sutkalıq 1 milyard kubfut səviyyəsinədək yüksələcək.