2018-ci ilin yanvar-aprel aylarında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 81,94 faizini, təbii qaz 6,07 faizini, neft məhsulları isə (2710 mal kodu üzrə) 3,22 faizini təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Qeyd edək ki, keçən ilin müvafiq dövründə neft ixracı ölkənin ümumi ixracının 76,26 faizini, təbii qaz 8,05 faizini, neft məhsulları 3,46 faizini təşkil edib.