logo

SOCAR “Ümid” yatağının işlənməsi layihəsinin detallı injinirinqinə başlamağı planlaşdırır

Views: 73

SOCAR şirkəti (ARDNŞ) yaxın zamanda Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının işlənməsi layihəsinin ilkin detallı injinirinqinə başlamağı planlaşdırır.

Bu barədə şirkətin prezidenti Rövnəq Abdullayev məlumat verib.

“Perspektivdə qaz hasilatı həcminin artırılması məqsədilə SOCAR həm müsətqil şəkildə, həm də birgə olaraq “Ümid, “Abşeron, “Qarabağ” yataqları və digər perspektivli dəniz strukturlarının işlənməsi layihələri üzərində işi davam etdirir. Yaxın zamanda “Ümid” yatağının işlənməsi üzrə ilkin detallı layihələndirmə işlərinə başlanılacaq”, – R.Abdullayev “Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd edib.

Onun sözlərinə görə, həmçinin “Ümid-Babək” blokuna daxil olan perspektivli “Babək” strukturunda ilk kəşfiyyat quyusunun qazılması üzrə layihə işləri aparılır.

“Abşeron” yatağının işlənməs üzrə “İlkin hasilat sxemi” üzərində mühəndis və layihə işləri davam edir, o cümlədən, layihə üzrə son investisiya qərarının qəbuluna hazırlıq gedir. “Abşeron” yatağında ilk quyunun 2019-cu ildə istifadəyə verilməsi planlaşdırılır”, – R.Abdullayev qeyd edib.

Interfax.az

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart