İran

Rəsmi Tehran: Donald Trampın qərarı İranın neft ixracına təsir etməyəcək

ABŞ Prezidenti Donald Trampın qərarı İranın neft ixracına təsir göstərməyəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın neft naziri Bijən Namidar Zəncənə deyib. Nazir qeyd edib ki, ABŞ-ın İranın nüvə proqramı üzrə sazişdən çıxması rəsmi Tehranın neft ixracına təsir etməyəcək.

“İranın neft sektorunu inkişaf etdirmək üçün xarici investorlara ehtiyacı var. Lakin ABŞ-ın sanksiyalarından ötəri xarici investorlar İrandan uzaqlaşmağa qərar verdikləri təqdirdə ölkənin neft sektoru inkişafdan qalmayacaq. İranın neft hasilatının ilinin sonuna qədər eyni səviyyədə qalacağı gözlənilir”, – deyə Bijən Namidar Zəncənə əlavə edib.