logo

OPEC uzunmüddətli neft layihələrinə sərmayələrin cari artımının kifayət olmadığını hesab edir

Views: 49

OPEC-in baş katibi Məhəmməd Barkindo uzunmüddətli neft layihələrinə sərmayələrin cari artımının kifayət qədər olduğunu hesab etmir.

“Qarşımızda duran ən böyük və kəskin problemlərdən biri dünyada neftə tələbatın gələcəkdə təmin olunması üçün investisiyaların kifayət səviyyəsinin təminatıdır. 2018-ci ilin əvvəlindən sərmayələrin artım templəri tədricən artıb, lakin biz uzunmüddətli layihələrə kifayət qədər sərmayə görmürük”, – OPEC-in məlumatında M.Barkindonun Bakıda “Xəzər Nef və Qaz” beynəlxalq konfransda çıxışından sitat gətirilir.

O cümlədən, M.Barkindo vurğulayıb ki, OPEC+ çərçivəsində dünyanın neft ehtiyatları 400 mln. barel – təxminən 2,7 mlrd. barelədək azalıb.

Interfax.az

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart