“Mavi axın” kəməri ilə qaz nəqli müvəqqəti dayandırılacaq
Rusiyanın “Gazprom” şirkəti “Mavi axın” qaz kəməri ilə Türkiyəyə təbii qazın nəqlini bir həftə dayandıracaq.

Mayın 15-dən 23-ə qədər isə dəniz magistralı ilə qaz nəqli tamamilə dayandırılacaq.
Xatırladaq ki, Qara dənizin dibi ilə çəkilən və uzunluğu 1 213 km olan qaz kəməri 2003-cü ildə istismara verilib və ötən il Rusiya Türkiyəyə 15,8 mlrd. kubmetr həcmində təbii qaz nəql edib.