logo

I rübdə Supsa limanı ilə Azərbaycan neftinin nəql həcmi 10% artıb

Views: 32

2018-ci ilin yanvar-mart aylarında Gürcüstanın dəniz liman və terminalları tərəfindən 3,8 mln. ton yük emal edilib, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 11,6% azdır.

Bu barədə “İnterfaks”a Gürcüstan İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib. Üç ay ərzində Poti limanı varistəsilə 1,5 mln. ton yük (azalma 6,2%), Batumidə – 0,8 mln. ton yük aşırılıb (azalma 33,3%).

Bu limanlarda konteynelərin aşırılması 13% – 99,674 min TEU artıb. Həmçinin Poti limanında 82,039 min TEU, Batumidə – 17,635 min TEU emal olunub.

Yalnız neft və neft məhsullarının nəql olunduğu digər iki liman – Supsa və Kulevi vasitəsilə 1,5 mln. ton yük aşırılıb. Həmçinin Bakıdan boru kəməri ilə neftin daxil olduğu Supsa terminalı ilə 1,1 mln. ton (artım 10%), Kulevi terminalı ilə (ARDNŞ-ə məxsusdur) – 0,4 mln. ton nəql olunub (azalma 20%).

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart