logo

I rübdə Azərbaycanda 3,3 mlrd. kubmetrdən çox səmt qazı hasil olunub

Views: 244

2018-ci ilin I rübündə Azərbaycanda 3 mlrd. 378,9 mln. kubmetr səmt qazı hasil olunub ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,7% azdır.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.

«2018-ci ilin I rübündə Azərbaycanın neft yataqlarından 3 mlrd. 378,9 mln. kubmetr səmt qazı hasil olunub, bunun 818,9 mln. kubmetri əmtəəlik qazın (ötən ilin yanvar-mart ayları ilə müqayisədə azalma 40,8%) payına düşür”, – deyə məlumatda bildirilir.

Cari ilin I rübündə respublikada qaz hasilatının ümumi həcmində 47,3% səmt qazının, qalan həcm təbii qazın payına düşüb.

Hesabat dövründə Azərbaycanda 3 mlrd. 766,9 mln. kubmetr (artım 8,2%) təbii qaz, o cümlədən 3 mlrd. 623,8 mln. kubmetr (artım 8,7%) əmtəəlik qaz hasil olunub.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart